Prezident İlham Əliyev: Azərbaycanda hər bir insan üçün vacib olan su təchizatı məsələləri uğurla icra edilir (FOTO)

Prezident İlham Əliyev: Azərbaycanda hər bir insan üçün vacib olan su təchizatı məsələləri uğurla icra edilir (FOTO)

Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun təməlqoyma mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə ərazi ilə yaxından tanış oldu. Məlumat verildi ki, 1950-ci illərdə Abşeronda içməli və texniki suya tələbatın artması ilə əlaqədar Samur-Dəvəçi kanalının Abşerona qədər uzadılması, Ceyranbatan anbarında şirin su ehtiyatının yaradılması və anbarın sahilində sutəmizləyici qurğular kompleksinin inşasına qərar verilmişdir. 1957-ci ildə Ceyranbatan su anbarının şirin su ilə doldurulmasına başlanılmışdır. Anbarın doldurulması ilə yanaşı, hövzənin sahilində sutəmizləyici qurğular kompleksi də tikilmişdir. 1961-ci ildə məhsuldarlığı saniyədə 2,64 kubmetr olan sutəmizləyici qurğular kompleksinin birinci qurğusu istismara verilmişdir. Eyni keyfiyyətə malik olan ikinci qurğu 1966-cı ildə işə salınmışdır. Ceyranbatan sutəmizləyici qurğular kompleksinin üçüncü növbəsi isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1978-ci ildə tikilərək istifadəyə verilmişdir. Qurğuların ikinci və üçüncü növbələrinin istismara verilməsi ilə Sumqayıtın, Bakıətrafı kəndlərin və paytaxtın şərq hissəsinin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılmışdır. Ceyranbatan sutəmizləyici qurğular kompleksi 50 ildir ki, Abşeron yarımadasında içməli və texniki su təchizatında əvəzedilməz mənbə kimi fəaliyyət göstərir. Bu dövrdə yalnız bir dəfə - 1998-2002-ci illərdə sutəmizləyici qurğularda əsaslı təmir işləri aparılmışdır. "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması" layihəsi çərçivəsində birinci və ikinci qurğular yenidən qurulmuşdur.

"Azərsu" ASC-nin kollektivinin nümayəndələri və inşaatçılar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Dövlətimizin başçısına yeni tikiləcək qurğunun texniki göstəriciləri barədə məlumat verildi.

Bildirildi ki, hazırda dünya təcrübəsində az bulanıqlı suların təmizlənməsi üçün iqtisadi cəhətdən səmərəli və avtomatik idarə olunan yeni ultrasüzgəcli qurğulardan istifadə olunmağa başlanmışdır. Ənənəvi qum süzgəclərindən fərqli olaraq, bu tip ultrasüzgəclər suyun tərkibindəki 0,01 mikron ölçüdən böyük hissəciklərlə yanaşı, suda olan bütün zərərli mikrobları tutaraq saxlayır.

Bununla da suyun təbii duz tərkibi saxlanılmaqla, daha yaxşı təmizlənməsi, xoşagəlməz iy və dadların aradan qaldırılması təmin edilir. Ultrasüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Bakı və Sumqayıt şəhərlərinə verilən suyun keyfiyyət göstəricilərinin dünya standartlarına uyğunlaşdırılması məqsədilə ultrasüzülmə texnologiyasına əsaslanan müasir sutəmizləyici qurğunun tikilməsi xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Bakı şəhəri və ətraf qəsəbələrin su təchizatının perspektiv planı ilə də tanış oldu. Qeyd edildi ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yeni qurğunun inşası ilə yanaşı, burada təmizlənəcək suyu istehlakçılara çatdırmaq üçün yeni magistral kəmərlər, paylayıcı şəbəkə və anbarların tikilməsi nəzərdə tutulur. Dövlət Proqramına uyğun olaraq, Masazır, Binəqədi, Balaxanı, Ramana və Dübəndi qəsəbələrində yeni su anbarları kompleksinin inşası planlaşdırılır. Bu anbarlardan istifadə etməklə Bakıətrafı qəsəbə və kəndlərin su təchizatını əsasən özüaxımlı rejimdə təmin etmək mümkündür. Hazırda su təchizatı şəbəkəsinə qoşulmayan Türkan, Zirə, Qala, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrini su ilə təmin etmək üçün Ramana anbarı kompleksindən uzunluğu 65 kilometr olan yeni kəmərin çəkilişi nəzərdə tutulur.

Məlumat verildi ki, tikintisi 1,2 hektar ərazidə aparılacaq və məhsuldarlığı saniyədə 6 kubmetr olacaq qurğu əhalinin fasiləsiz, keyfiyyətli içməli su təminatına öz töhfəsini verəcəkdir. Yeni qurğuda Niderland Krallığının istehsalı olan müasir avadanlıqdan istifadə ediləcəkdir. Tam avtomatik rejimdə idarə olunacaq qurğu elektrik enerjisinə qənaət etməyə imkan verəcəkdir. Burada emal olunacaq su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcəkdir. İstehlakçılara öz axımı ilə çatdırılması üçün yeni qurğuda emal olunacaq su dəniz səviyyəsindən 190 metr hündürlükdə yerləşən anbara ötürüləcək və buradan Abşeronun bütün ərazilərinə paylanacaqdır.

Sonra dövlətimizin başçısı metal gilizi bünövrəyə buraxdı və beton qarışığı tökən qurğunu işə saldı.

Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:

- Əziz dostlar! Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün çox gözəl və əlamətdar bir gündür. Düz 50 il bundan əvvəl - 1961-ci il sentyabrın 8-də burada birinci sutəmizləyici qurğu istismara verilmişdir. Bu gün, bu gözəl gündə biz yeni, ən müasir standartlara cavab verən qurğunun tikintisinin başlandığını qeyd edirik. Bu, özlüyündə çox əlamətdar hadisədir və onu göstərir ki, müasir dövrdə müstəqil Azərbaycanda hər bir insan üçün vacib olan su təchizatı məsələləri uğurla icra edilir. Əlli il bundan əvvəl başlanan bu proses və ondan sonrakı dövrdə tikilmiş yeni qurğular, əlbəttə ki, o dövrün tələblərinə cavab verirdi. 1990-cı illərin sonunda mövcud olan bu qurğularda təmir işləri aparılmışdır. Ancaq biz yenə də çalışırıq və çalışmalıyıq ki, Azərbaycana dünyanın ən qabaqcıl texnologiyalarını gətirək, bütün sahələrdə tətbiq edək. Bir daha demək istəyirəm ki, insan sağlamlığı üçün əsas olan su təchizatı məsələlərində biz bu yüksək səviyyəni təmin etməliyik.

Bu layihə böyük vəsait tələb edəcəkdir. Təqribən 100 milyon manata qədər vəsait xərclənməlidir. Ancaq Azərbaycan dövləti bu xərcləri edir və edəcəkdir. Bu, insanların sağlamlığına qoyulan investisiyalardır. Ən vacib investisiyalar Azərbaycanda insan kapitalına qoyulan investisiyalardır. Apardığımız uğurlu iqtisadi siyasət imkan verir ki, biz bu gün sosial məsələlərin həllinə böyük həcmdə investisiyalar qoyaq. Həm sosial infrastrukturun yaradılması işlərinə investisiya qoyulur, həm də əməkhaqları, pensiyalar qaldırılır. Bir sözlə, Azərbaycanda sosial siyasət çox düzgün istiqamətdə aparılır. Bu siyasətin tərkib hissəsi olan infrastruktur layihələri, insanların rahatlığı üçün yaradılmış şərait, əlbəttə ki, hamımızı çox sevindirir.

Azərbaycanda insan sağlamlığı üçün müxtəlif tədbirlər görülür. Əlbəttə ki, birinci şərt təmiz içməli suyun mövcudluğudur. Biz bu məsələlərlə məşğuluq. Bu gün təməl daşını qoyduğumuz müasir qurğu da bu məqsədi nəzərdə tutur. Eyni zamanda, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox vacib addımlar atılır. Keçən il Azərbaycanda "Ekologiya ili" elan edilmişdi. Mən tam əminəm ki, ekoloji tədbirlərin gücləndirilməsinin insanların sağlamlığına çox müsbət təsiri olacaqdır. Təmiz su, təmiz hava, keyfiyyətli qida məhsulları, ekoloji vəziyyət, tibb xidməti, idman, bax bu amillər insanların sağlamlığını şərtləndirən əsas amillərdir.

Sadaladığım bütün məsələlərlə əlaqədar Azərbaycanda çox düşünülmüş proqram və konsepsiya vardır. Azərbaycanda Olimpiya idman kompleksləri, idman meydançaları tikilir, idmanla məşğul olmaq üçün şərait yaradılır. Bütün bölgələrdə müasir diaqnostika-müalicə mərkəzləri tikilir, rayon xəstəxanaları təmir edilir, müasir avadanlıqla təchiz olunur. Ekoloji tədbirlər görülür. Təkcə son il yarım ərzində ölkəmizdə 10 milyona qədər ağac əkilmişdir. Kür-Araz çayları boyu yerləşən kəndlərdə modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.

Yüz minlərlə vətəndaş indi təmiz içməli su ilə təmin edilir.

Ölkəmizdə bütün başqa istiqamətlərdə olduğu kimi, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün də çox vacib işlər görülür. Bakıda - Balaxanıda məişət tullantılarının emalı zavodu tikilir.

Hamımız yaxşı xatırlayırıq ki, Balaxanı zibilxanasının əvvəlki vəziyyəti necə idi. Oradan qalxan tüstü şəhəri bürüyürdü. İndi orada təmiz bir meydan yaradılıbdır. Ağaclar əkilir, yaşıllıqlar salınır və dünyanın ən yüksək texnologiyalarına malik olan müasir məişət tullantılarının emalı zavodu tikilir.

Mən bütün bunları nə üçün bu gün qeyd edirəm? Çünki görülən bütün bu işlərin, o cümlədən bu gün təməl daşını qoyduğumuz bu qurğunun bir məqsədi vardır: Bütün bu işlər Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması, Azərbaycan vətəndaşları üçün lazımi məsələlərin həll olunması və insan sağlamlığı üçün ən vacib məsələlərin həlli məqsədi ilə görülür.

Azərbaycanda su təchizatı ilə bağlı digər vacib layihələr icra edilmişdir və icra edilməkdədir. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi hesab edirəm ki, tarixi hadisədir. Çünki bilirsiniz ki, uzun illər ərzində bu layihə ilə bağlı müxtəlif fikirlər səslənirdi, təkliflər irəli sürülürdü. Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu layihə reallaşa bilmişdir.

Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi və tədricən işə başlaması nəticəsində Bakı şəhərinin bir neçə rayonunda su təminatı daha da yaxşılaşdırılmışdır. Qarşıya qoyulmuş əsas vəzifə ondan ibarətdir ki, hər bir məntəqədə, hər bir qəsəbədə, Bakı şəhərinin hər bir rayonunda 24 saat fasiləsiz suyun təminatı təşkil edilsin. Bu gün "Azərsu" şirkəti nəinki Bakıda, eyni zamanda, respublikamızın bütün bölgələrində su layihələrini icra edir. Konkret proqram tərtib edilmişdir. Bu il büdcəyə əlavələr edilmişdir və əlavə vəsait nəzərdə tutulmuşdur ki, biz vaxtı itirməyək. Biz elə etməliyik ki, qısa müddət ərzində ölkəmiz üçün ənənəvi olan və həmişə bizi incidən su qıtlığı problemi öz həllini tapsın.

Mən əminəm ki, "Azərsu" şirkəti, onun yeni tərkibi və işə yeni yanaşma nəticəsində bütün bu məsələlər öz həllini tapacaqdır. Mən indi görürəm ki, şirkət inkişaf edir, şirkətdə müasir metodologiya, müasir yanaşma tətbiq edilir və belə də olmalıdır. Azərbaycanın bütün şirkətləri, xüsusilə dövlət şirkətləri ən yüksək menecment keyfiyyətlərinə malik olmalıdır.

Müasir yanaşma, işin düzgün qurulması, düzgün təhlil, proqramların düzgün tərtib edilməsi və icra mexanizmləri dünya səviyyəsində olmalıdır. Bizə indi yaraşmaz ki, bu qədər inkişaf edən ölkəmizdə hansısa dövlət qurumu primitiv üsul-idarə ilə idarə olunsun. Müasirlik, qabaqcıl texnologiyaların tətbiqi, məsuliyyət və vicdan - bax hər bir dövlət qurumuna tövsiyəm bundan ibarətdir. "Azərsu" şirkətinin rəhbərliyinin gücləndirilməsi nəticəsində əminəm ki, bu şirkətdə də işlər dünya səviyyəsində aparılacaqdır. Hər halda şirkət rəhbərini təyin etdiyim zaman tövsiyələrim və göstərişlərim bundan ibarət olmuşdur. Mən görürəm ki, qısa müddət ərzində görülən işlər düzgün istiqamətdə aparılır.

Oğuz-Qəbələ-Bakı su kəməri böyük və çox mürəkkəb bir layihə idi. Təbii ki, layihənin icrası zamanı müəyyən qüsurlar, çatışmazlıqlar olmuşdur. Bunun səbəbidir ki, kəmərin açılışından sonra biz bir qədər gözləməli olduq ki, vəziyyəti daha da normallaşdıraq və tikinti zamanı edilən səhvləri düzəldək. Bunu edirik və edəcəyik. Biz hər şeyi açıq deməliyik. Ancaq bununla bərabər, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi tarixi hadisədir. Əminəm ki, bu kəmərin tikintisi və fəaliyyətə başlaması, Azərbaycan vətəndaşlarına yüksək səviyyədə xidmət göstərilməsi həqiqətən də tarixi məsələdir. Çünki bu mənbə daxili mənbədir. Oradan gələn su Azərbaycan ərazisində formalaşır. Siz - bu işlərlə məşğul olanlar yaxşı bilirsiniz ki, bizim əsas su mənbələrimiz, Bakını qidalandıran su xətləri Azərbaycanın hüdudlarından kənarda formalaşan mənbələr hesabına mümkün olur. Oğuz-Qəbələ-Bakı o layihədir ki, Azərbaycan ərazisində formalaşan təmiz içməli suyu Bakıya gətirir. Eyni zamanda, qeyd etdiyim kimi, bütün bölgələrdə, bütün rayon mərkəzlərində su-kanalizasiya layihələrinin icrasına başlanmışdır, ya da ki, başlanmaqdadır. Bu, çox böyük layihədir. Çünki bu işlər bir şəhərdə deyil, iki şəhərdə deyil, bütün rayon mərkəzlərində görülür və görülməlidir. Ona görə "Azərsu" şirkətinin işçilərindən çox şey asılıdır. Çünki qarşıya vəzifə qoyulubdur ki, bu məsələlər qısa müddət ərzində həllini tapsın. Əsas məsələlər 2013-cü ilin sonuna qədər həllini tapsın. Biz əlbəttə ki, qarşıya bu hədəfləri qoyanda həm realist olmalıyıq, eyni zamanda, çalışmalıyıq ki, bu məsələlər maksimum qısa müddət ərzində həllini tapsın. Çox böyük və genişmiqyaslı bir işdir. Amma eyni zamanda, çox gözəl və nəcib bir işdir. Su həyat deməkdir. Təmiz su isə sağlam həyat deməkdir. Biz istəyirik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, gənc nəsil sağlam olsun. Bu gün güclənən Azərbaycanda görülən bütün işlər bir daha demək istəyirəm ki, dünyanın ən yüksək standartlarına cavab verməlidir.

Mən əminəm ki, "Azərsu" şirkətinin əməkdaşları onların üzərinə düşən bu vacib vəzifələri yaxşı başa düşürlər. Nəinki bu qurğuların tikintisi, eyni zamanda, su, kanalizasiya xətlərinin çəkilişi, bu təsərrüfatın istismarı məsələləri də çox vacibdir. Xətlər, gözəl qurğular tikilə bilər və tikiləcəkdir. Ancaq ondan sonra gündəlik həyatda insanları, Bakı sakinlərini, respublika sakinlərini davamlı içməli su ilə təmin etmək sizin üçün ən başlıca vəzifə olmalıdır. Əminəm ki, siz dediyim bütün bu məsələlərə diqqətlə yanaşacaqsınız, verdiyim bütün göstərişləri şərəflə yerinə yetirəcəksiniz.

Bu gün gözəl və tarixi bir gündür. Bir daha demək istəyirəm ki, 50 il bundan əvvəl Bakının içməli su ilə təminatında tarixi hadisə baş vermişdir. Birinci sutəmizləyici qurğu tikilmişdir.

Bu gün də tarixi gündür. Çünki 18 aydan sonra Bakı sakinləri Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin ediləcəklər. Bütün bu işlərdə sizə uğurlar arzulayıram. Əminəm ki, il yarımdan sonra biz burada müasir, gözəl, yeni qurğunun açılışında bərabər iştirak edəcəyik. Sağ olun.

Ceyranbatan Su Kəmərləri İdarəsinin kollektivi adından çıxış edən Yazgül RÜSTƏMOVA Prezident İlham Əliyevə təşəkkür edərək dedi:

-Möhtərəm cənab Prezident! Ceyranbatan Su Kəmərləri İdarəsinin kollektivi adından Sizi salamlayıram, "Xoş gəlmisiniz" deyirəm.

Hörmətli Prezident, Ceyranbatan Su Kəmərləri İdarəsinin 50 illik yubileyi ərəfəsində Sərəncamınızla bir qrup əməkdaşımız, o cümlədən mən "Tərəqqi" medalı ilə təltif olunmuşuq. 36 ildir ki, bu müəssisədə çalışıram. Bu mükafata, əməyimizə verdiyiniz qiymətə, bizə göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Cənab Prezident, yeni qurğunun təməlini qoymaqla idarəmizin tarixində yeni səhifə açmış oldunuz. Söz veririk ki, Sizin bu diqqət və qayğınızı əməli işimizlə doğruldacağıq. Bunun üçün əlimizdən gələni əsirgəməyəcək, var-qüvvəmizlə çalışacağıq.

Hörmətli Prezident, Siz bütün sahələrə xüsusi diqqət yetirirsiniz. Televiziyadan izləyirik, rayonlara tez-tez gedirsiniz, obyektlərin təməlqoymasında, açılışında iştirak edirsiniz.

Ölkəmizin inkişafı, xalqımızın yaxşı yaşaması üçün əlinizdən gələn heç bir şeyi əsirgəmirsiniz. Qədirbilən xalqımız Sizin bu fəaliyyətinizi yüksək qiymətləndirir, Sizə uzun ömür, cansağlığı arzu edir! Allah Sizə kömək olsun, cənab Prezident! Allah Sizə yar olsun!
Bir daha kollektivimiz adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Sonda xatirə şəkli çəkdirildi.

“AccessBank” tender elan edir
“AccessBank” tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
Loading Bars
Xəbər lenti
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Meşələrin sərhədləri dəqiqləşdiriləcək
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyevin istismara verdiyi Ro-Pax tipli gəmi-bərədən REPORTAJ
Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)
Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib
Daha bir şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq (FOTO)
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb (FOTO/VİDEO)
26 müəssisədə kobud qanun pozuntusu aşkarlandı
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
"Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq konfransın materialları toplu şəklində çap edilib
Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib (FOTO)
Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı iddiaları ilə bağlı AÇIQLAMA
Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Sabah külək güclənəcək - Xəbərdarlıq
Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi - Deputat
Strasburqun Kleber meydanında şamlarla Xocalıya görə şamlar yandırılıb (FOTO)
87 şəhid və qazi ailəsi üzvü təhsil müəssisələrinə işə qəbul olunub
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına aid dərs keçirilib (FOTO)
Formula 1 Azərbaycan Qran Prisi daha 1 il uzadılır
“Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilib
Bakıda narkotik alverçisi 3 kiloqram heroinlə yaxalandı (FOTO/VİDEO)
Unibankda yeni təyinat olub
Vaksini ilk növbədə "şəkərim, təzyiqim var" deyənlər vurdurmalıdır - Həkim
Azərbaycan ilkin səhiyyə xidmətinin gücləndirilməsi üçün Türkiyə təcrübəsini öyrənir (FOTO)
Bu il Bakıda Formula 1 zamanı konsert proqramları olmayacaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciətlər əsasən bununla bağlı olub
Oralarda işləmək tarix yaratmaq deməkdir - Usta ilə söhbət (FOTO)
Ötən gün ölkədə 33 yanğın olub, 25 nəfər təxliyə edilib
Formula 1 üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək
Belarusda rəssam Nailə Qəndilovanın Xocalı soyqırımına həsr olunmuş rəsm əsəri təqdim edilib
Sabah milli parklara giriş pulsuz olacaq (FOTO)
ABŞ-da Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edilib
Bu il Formula 1 Azərbaycan Qran Prisi yeni qaydalarla keçiriləcək
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Binəqədidə velosiped oğruları saxlanılıb (FOTO/VİDEO)
Mədəniyyət naziri Mövlud Çavuşoğlu ilə görüşüb (ƏLAVƏ OLUNUB)
Çin iyulun sonunadək əhalinin 40 faizini peyvəndləməyi planlaşdırır
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İndi güc xanımlarda! - Rabitəbankdan xanım sahibkarlar üçün sürpriz (VİDEO)
Bütün xəbərlər