...

ABŞ Azərbaycanda aprel aksiyası iştirakçılarına hökm çıxarılmasından təəssüflənir

Siyasət Materials 4 Oktyabr 2011 13:21 (UTC +04:00)
ABŞ Azərbaycanda aprelin 2-də baş verən hakimiyyət əlehinə etiraz aksiyasında saxlanılanlar barəsində hökm çıxarılmasından təəssüflənir.
ABŞ Azərbaycanda aprel aksiyası iştirakçılarına hökm çıxarılmasından təəssüflənir

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir N.İsmayılova/

ABŞ Azərbaycanda aprelin 2-də baş verən hakimiyyət əlehinə etiraz aksiyasında saxlanılanlar barəsində hökm çıxarılmasından təəssüflənir. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfri Metyu Brayza çərşənbə axşamı jurnalistlərə bildirib.

"Biz ümidvarıq ki, apelyasiya zamanı [bu iş üzrə] Azərbaycan Avropa hüquqlarını, eyni zamanda Azərbaycan qanunvericiliyini nəzərə alacaq. Azərbaycan bir çox beynəlxalq qurumların üzvüdürsə, onların standartlarına rəayət etməlidir", - səfir deyib.

Hökm bazar ertəsi çıxardılıb. Məhkəmənin qərarına əsasən, Arif Hacili,Tural Abbaslı və Məhəmməd Məcidli hər biri 2 il 6 ay azadlıqdan məhrum olma cəzasına məhkum ediliblər.

Fuad Qəhrəmanlıya isə himayəsində iki azyaşlı uşağının olması nəzərə alınmaqla 2 il müddətinə şərti cəza verilib.

Özünü İctimai Palata adlandıran qurum bu il aprelin 2-də Bakının mərkəzində - Fəvvarələr meydanı və onun ətrafında icazəsiz aksiya keçirib.

Bu aksiya ilə bağlı saxlanılan yuxarıda adı qeyd olunan şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunublar.

Xəbər lenti

Xəbər lenti