...

Biz yeni Misirin qurulması yolundayıq - Silahlı Qüvvələrin Ali Şurasının rəhbəri

Siyasət Materials 6 Oktyabr 2011 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Yanvar inqilabından sonra biz yeni Misir yaratmağa çalışırıq. Trend-in məlumatına görə, bu barədə Misir Silahlı Qüvvələrinin Ali Şurasının rəhbəri, marşal Hüseyn Tantavi bəyan edib. Məlumatı cümə axşamı "əl-Cəzirə" telekanalı yayıb.

"Xalq öz hüquqlarını əldə etməzdən əvvəl çox sınaqlardan keçməli olub və yeni Misirin qurulmasında bütün xalq iştirak edəcək", - Tantavi deyib.

Silahlı Qüvvələrin Ali Şurası Misirdə hakimiyyətə fevralın 11-də Hüsni Mübarəkin kütləvi xalq çıxışları fonunda dövlət başçısı postundan istefa verməsindən sonra gəlib. Hərbçilərə ölkəni idarə etməyi ordunun ənənəvi olaraq Misir cəmiyyətində nüfuza və etimada malik olduğunu nəzərə alan eks-prezidentin özü tapşırıb.

Hərbçilər hakimiyyətə gəldikdən sonra parlamentin buraxıldığını, konstitusiyasının fəaliyyətinin dondurulduğunu elan ediblər. Lakin hakimiyyəti qəsb etmək fikrində olmadıqlarını, seçkilər keçirməyi və hakimiyyəti yarım il ərzində yeni mülki rəhbərliyə verməyi planlaşdırdıqlarını elan ediblər.

Ötən həftə Hərbi Şura siyasi partiyalarla məsləhətləşmələrdən sonra hakimiyyətin mülki rəhbərliyə verilməsi qrafikini elan edib.

Qrafikə uyğun olaraq, Xalq Məclisinin (parlamentin aşağı palatası) iclası artıq 2012-ci il yanvarın ikinci yarısında seçkilərin nəticələrinin dərhal elan edilməsindən sonra başlayacaq.

Öz növbəsində, Konsultativ Şura (parlamentin yuxarı palatası) martın 24-də işə başlayacaq.

Martın son həftəsində və ya aprelin birinci həftəsində parlamentin hər iki palatasının birgə iclası keçiriləcək. Burada ölkənin yeni konstitusiya layihəsinin hazırlanması üzrə komitənin üzvləri seçiləcək. Layihə hazır olduqdan sonra hakimiyyət referendum keçirəcək.

Ölkədə prezident seçkiləri konstitusiyanın təsdiq olunduğu andan 45-60 gün sonra keçiriləcək.

Xəbər lenti

Xəbər lenti