...

Ağsu rayonunda yeni xəstəxana tikiləcək

Siyasət Materials 10 Noyabr 2011 18:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonunda yeni xəstəxananın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Ağsu rayonunda yeni xəstəxana tikiləcək

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonunda yeni xəstəxananın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Ağsu rayonunda yeni Mərkəzi Xəstəxananın tikintisinə başlanılması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti