...

Azərbaycan ATƏT-ə hərtərəfli regional təhlükəsizlik sistemi kimi baxır – XİN rəhbəri

Siyasət Materials 7 Dekabr 2011 13:43 (UTC +04:00)
Azərbaycan ölkəmizin tamhüquqlu üzvü kimi iştirak etdiyi ATƏT-ə hərtərəfli regional təhlükəsizlik sistemi kimi baxır.
Azərbaycan ATƏT-ə hərtərəfli regional təhlükəsizlik sistemi kimi baxır – XİN rəhbəri

Azərbaycan, Bakı, 7 dekabr / Trend müxbir E.Tariverdiyeva/

Azərbaycan ölkəmizin tamhüquqlu üzvü kimi iştirak etdiyi ATƏT-ə hərtərəfli regional təhlükəsizlik sistemi kimi baxır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vilnüsdə ATƏT XİNŞ-də çıxışında deyib.

"Biz hesab edirik ki, bu təşkilat iştirakçı dövlətlər arasında açıq dialoqu təşviq etməyə, münaqişələrin nizamlanmasına kömək göstərməyə və razılaşdırılmış prinsiplər, ümumi dəyərlər və razılaşmalar əsasında təhlükəsizlik məsələlərində əməkdaşlığı möhkəmləndirməyə qadirdir", - nazir deyib.

XİN rəhbəri bildirib ki, təşkilat özünün əsas təhlükəsizlik prinsiplərinə əməl etməli və ayrı-ayrı qruplara bölünməkdən qaçmalıdır.

Onun sözlərinə görə, ATƏT-in hər bir üzvünün təhlükəsizliyi ayrı-ayrılıqda ümumi təhlükəsizliklə və ATƏT prinsiplərinə kömək etməklə, münaqişələrdən ilkin xəbərdarlığın mümkünlüyü, eləcə də həm ATƏT missiyası və polis, sülhyaratma əməliyyatlarının, həm də münaqişələrin həlli üzrə missiyaların köməyi ilə böhranların qarşısının alınması ilə bağlıdır.

"Müstəqilliyimizin ilk illərində son dərəcə böyük çətinliklərlə üzləşdiyimizə baxmayaraq, Azərbaycan hazırda ATƏT-in etibarlı tərəfdaşı kimi tanınıb. Son illər ərzində biz dünyada ən yüksək iqtisadi artım göstəricisi nümayiş etdiririk və təhlükəsizliyin yayıcısı olan ölkəyə çevrilirik", - Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, son beş il ərzində ölkə ÜDM-in üç dəfə və büdcənin on dəfə artmasına nail olub.

XİN rəhbərinin sözlərinə görə, Azərbaycan təhlükəsizlik sahəsində, o cümlədən enerji təhlükəsizliyi, mütəşəkkil cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, Əfqanıstanda sabitliyə, təhlükəsizliyə, inkişafa yardım sahəsində öz müsbət təcrübəsini bölüşməyə hazırdır.

"Azərbaycan gənc demokratik ölkə kimi əvvəlki kimi əsas insan azadlıqları və hüquqlarına hörmət sahəsində işlərin davam etdirilməsinə, ölkədə bazar islahatlarının aparılmasına sadiqdir. Biz qəti şəkildə inanırıq ki, bu səylər Azərbaycanın hərtəfli inkişafı və demokratik dövlətlər ailəsinə gələcək inteqrasiyası ilə nəticələnəcək", - Məmmədyarov deyib.

Xəbər lenti

Xəbər lenti