...

Pakistanda ümummilli lider Heydər Əliyevi xatirəsini anım mərasimi keçirilib

Siyasət Materials 12 Dekabr 2011 13:53 (UTC +04:00)
Ulu öndər Heydər Əliyevin vəfatının 8-ci ildönümü ilə əlaqədar Azərbaycanın Pakistandakı səfirliyində anım mərasimi keçirilib.
Pakistanda ümummilli lider Heydər Əliyevi xatirəsini anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Ulu öndər Heydər Əliyevin vəfatının 8-ci ildönümü ilə əlaqədar Azərbaycanın Pakistandakı səfirliyində anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, Pakistanın bir sıra ictimai-siyasi xadimləri, jurnalistlər, habelə Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Mərasimə qatılanlar ulu öndərin Azərbaycan xalqı və dövlətçiliyi üçün müstəsna fəaliyyətindən və ölkəmizin dünyaya tanıdılmasındakı əvəzsiz xidmətlərindən danışıblar.

Daha sonra tədir iştirakçıları ümummilli liderin səfirlikdəki büstünün önünə gül dəstəsi qoyublar.

Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı Pakistanın "States Times" qəzetinin 12 dekabr 2011-ci il tarixli sayında "Heydər Əliyev: Azərbaycanın Milli Lideri" sərlövhəli məqalə dərc olunub.

Jurnalist Raja Mahmud Bhattinin qələmə aldığı məqalədə ulu öndərin həyatı, sovet dövründə və müstəqil dövlətin yaradılması prosesində həyata keçirdiyi islahatlardan geniş bəhs olunub.

Müəllif ulu öndərin müstəqil Azərbaycan dövlət sisteminin qurulması, iqtisadi islahatlar, habelə balanslaşdırılmış xarici siyasət xəttinin bərqərar edilməsi, beynəlxalq iqtisadi layihələr, ordu quruculuğu, milli mədəniyyətin qorunması, həmçnin İslam dəyərlərinin dirçəldilməsi istiqamətində həyata keçirdiyi islahatlar barədə ətraflı məlumat verib.

Məqalədə Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin banisi olduğu, məhz Heydər Əliyevin 1996-cı ildə bu ölkəyə səfərindən sonra ikitərəfli siyasi, iqtisadi, mədəni, hərbi və strateji əlaqələrin inkişaf etdiyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti