...

İsrail Almaniyadan sualtı nüvə gəmiləri alıb

Siyasət Materials 13 Yanvar 2012 20:25 (UTC +04:00)
Yaxın Şərqdə gərginliyin artması səbəbindən donanmasını gücləndirməyə qərar verən İsrail Almaniyadan 2 sualtı nüvə gəmisi alıb.
İsrail Almaniyadan sualtı nüvə gəmiləri alıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir M.Salmanov/

Yaxın Şərqdə gərginliyin artması səbəbindən donanmasını gücləndirməyə qərar verən İsrail Almaniyadan 2 sualtı nüvə gəmisi alıb. Bu barədə cümə günü Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

İranın bölgədəki fəaliyyətini özü üçün böyük təhlükə hesab edən İsrailin aldığı "Dolphin" tipli sualtı gəmilər 1500 kilometr mənzilli 4 ədəd nüvə başlıqlı raketi daşımaq özəlliyinə sahibdir.

700 milyon dollar dəyərində olan sualtı gəmilər İranın İsrailə hücum edəcəyi təqdirdə istifadə ediləcək. İsrail 1988-ci ildən etibarən istifadə etdiyi 3 sualtı nüvə gəmisini də Almaniyadan almışdı.

Nüvə silahları ilə təchiz edilmiş sualtı gəmilərdən biri həmişə hazır vəziyyətdə olaraq, Qırmızı, Aralıq dənizlərində və Bəsrə körfəzi sularında üzür.

Xəbər lenti

Xəbər lenti