...

Aİ və Azərbaycan yeni formada dialoqa başlayır

Siyasət Materials 30 Yanvar 2012 17:51 (UTC +04:00)
Fevralın 9-10-da Avropa İttifaqı və Azərbaycan "Sosial məsələlər, səhiyyə, təhsil və gənclər, mədəniyyət, elm və texnologiya" adlı ilk görüş keçirəcəklər.
Aİ və Azərbaycan yeni formada dialoqa başlayır

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.Mehdiyev/

Fevralın 9-10-da Avropa İttifaqı və Azərbaycan "Sosial məsələlər, səhiyyə, təhsil və gənclər, mədəniyyət, elm və texnologiya" adlı ilk görüş keçirəcəklər.

Bu görüş insanların gündəlik həyatında əhəmiyyət kəsb edən bir çox məsələlərlə bağlı Azərbaycan ilə dialoqun və mübadilənin genişləndirilməsinə imkan verəcək.

2012-ci ildən etibarən bu cür görüşlər hər il keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumatda deyilir.

"Dialoqun yeni forması göstərir ki, Azərbaycan və Avropa siyasi və enerji sahəsindən başqa, digər sahələrdə də geniş əməkdaşlıq edirlər. Bu dialoq nəticəsində Aİ Azərbaycan xalqına Avropada mövcud olan social modellər təklif edəcək. Ümid edirəm ki, bizim bu müzakirələrimiz cəmiyyətin bütün təbəqələrini maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparmağa imkan verəcək", - Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia deyib.

Xəbər lenti

Xəbər lenti