Azərbaycan, Bakı, 18 fevral/Trend/
Bu gün Latviyada rus dilinə ikinci dövlət dili statusu verilməsi məsələsi üzrə ümummilli referendumda səsverməyə start verilib.
Trend-in məlumatına görə, bu məqsədlə respublika ərazisində 950, xaricə isə 85 seçki məntəqəsi açılıb.
Referendumun keçirilməsi təşəbbüsü ilə "Rodnoy yazık" cəmiyyəti çıxış edib.
Mərkəzi Seçki Komissiyası referendumun ilkin nəticələrini fevralın 19-da xüsusi mətbuat konfransında açıqlayacaq.
Referendumda Litva, Ukrayna, Qazaxıstan, Azərbaycandan 7 beynəlxalq müşahidəçi və Rusiyadan daha iki müşahidəçi akkreditasiyadan keçib.
Qeyd edək ki, Latviyada 2 milyondan çox insan yaşayır və onların təxminən 40 faizi rusdillidir.