...

Argentina Azərbaycanı potensial strateji iqtisadi tərəfdaş kimi görür - qəzet

Siyasət Materials 9 Mart 2012 11:02 (UTC +04:00)
Argentinanın Prezidenti Kristina Fernandez de Kirçner ölkənin ticarət katibi Guillermo Morenoya bu ilin iyun ayında çoxsaylı iş adamlarından ibarət biznes missiya ilə Azərbaycana səfər etməyi tapşırıb.
Argentina Azərbaycanı potensial strateji iqtisadi tərəfdaş kimi görür - qəzet

Azərbaycan, Bakı, 9 mart / Trend, müxbir S.Ağayeva /

Argentinanın Prezidenti Kristina Fernandez de Kirçner ölkənin ticarət katibi Guillermo Morenoya bu ilin iyun ayında çoxsaylı iş adamlarından ibarət biznes missiya ilə Azərbaycana səfər etməyi tapşırıb. Trend-in məlumatına görə, bu barədə ölkənin "Diario Buenos Aires" qəzeti Katibliyə istinadən xəbər verib.

Məlumata əsasən, Morenonun kənd təsərrüfatı, ərzaq emalı sektoru, hipermarket şəbəkələri, metallurgiya sənayesi üzrə şirkətlərin, habelə hökumətə bağlı sahibkar təşkilatlarının nümayəndələri ilə Bakıya gəlməsində əsas məqsəd Azərbaycan hökuməti ilə danışıqlar aparmaqdır.

Qəzet yazır ki, zəngin neft ehtiyatlarına malik və yüksək iqtisadi inkişaf yaşayan Azərbaycanın iqtisadiyyatı əsas etibarilə ixrac üçün nəzərdə tutulan neft hasilatından və ona bağlı sənayedən, o cümlədən maşınqayırma, neft emalı, kimya sənayesindən ibarətdir. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istismara verilməsindən sonra Azərbaycan enerji dünyasında əhəmiyyətli yer tutub və hər gün Avropanı 1 milyon bareldən çox neftlə təmin edir.

Məqalənin tam mətni ilə tanış olmaq üçün bu linkə baxa bilərsiniz: http://www.diariobae.com/diario/2012/02/07/7804-el-gobierno-negociara-la-compra-de-petroleo-a-azerbaijan-para-ampliar-la-oferta-energetica.html

Xəbər lenti

Xəbər lenti