...

Azərbaycanda 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib

Siyasət Materials 29 Mart 2012 18:49 (UTC +04:00)
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanda 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib

Azərbaycan, Bakı, 29 mart /Trend/

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, "Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilsin. Bu sərəncamda nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Gənclər və İdman Nazirliyi müəyyən edilsin.

Nazirlər Kabinetinə "Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti