...

Qarabağa ekspedisiyalar təşkil olunacaq

Siyasət Materials 27 Aprel 2012 13:29 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən Qarabağa ekspedisiyalar təşkil ediləcək.
Qarabağa ekspedisiyalar təşkil olunacaq

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən Qarabağa ekspedisiyalar təşkil ediləcək.

Trend-in məlumatına görə, Folklor İnstitutunun direktoru Muxtar İmanov jurnalistlərə bildirib ki, İnstitutun əməkdaşları folklor nümunələrinin toplanması üçün Qarabağa ezamiyyətə göndəriliblər.

"Biz bu işə artıq başlamışıq. Bir neçə əməkdaşımız Tərtərə ezam olunub və oradan maraqlı folklor məlumatları toplayıb gətiriblər. Qarabağın digər bölgələrində də bu işlər davam etdiriləcək. Ekspedisiyalar nəticəsində toplanılan materiallar əsasında Qarabağla bağlı azı 3 folklor antologiyası nəşr olunacaq", - İmanov deyib.

O vurğulayıb ki, bu il, həmçinin həmin materiallar əsasında Qarabağın folkloru və etnoqrafiyası ilə bağlı böyük konfrans təşkil edilməsi nəzərdə tutulub.

İmanov bildirib ki, bundan başqa Qarabağın musiqi folkloru da öyrəniləcək.

"Nəzərdə tutmuşuq ki, Qarabağın xüsusi musiqi albomunu buraxaq. Qarabağla bağlı folklor nümunələrinin toplanılması, sistemləşdirilməsi, nəşri və onların araşdırılması işləri həyata keçirilir" - institut direktoru əlavə edib.

Xəbər lenti

Xəbər lenti