...

Türkiyə Şimali Kiprin şelfində karbohidrogenlərin hasilatına imkan verməyəcək - XİN

Siyasət Materials 18 May 2012 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Tağıyeva/

Türkiyə türk və yunan hissələrinə bölünən Kiprin qərb şelfində enerjidaşıyıcıların hasilatına imkan verməyəcək və bu işlərdə iştirak edəcək şirkətləri öz ərazisində enerji layihələrinin reallaşdırılmasından məhrum edəcək. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə cümü günü Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"Türkiyə əvvəllər dəfələrlə elan etmişdi ki, bu ərazilərdə heç bir fəaliyyətə imkan verməyəcək", - bəyanatda qeyd olunur.

Məlumatda deyilir ki, adada neft-qaz resurslarının kəşfiyyatına görə lisenziyanı Türkiyənin TPAO şirkətinə Şimali Kiprin hakimiyyəti verib.

Bəyanatda o da vurğulanır ki, Ankaranın xəbərdarlığını nəzərə almayan və yunan-kiprlilərlə birgə karbohidrogenlərin hasilatı üzrə işlərə başlayan şirkətlər regionda gərginliyin yaranmasına səbəb ola bilərlər və buna görə də məsuliyyət daşıyacaqlar.

Xəbər lenti

Xəbər lenti