...

Abdullah Öcalanın ev dustağı edilməsi müzakirə oluna bilər - Baş nazirin müavini

Siyasət Materials 16 İyun 2012 13:35 (UTC +04:00)
PKK terror təşkilatı silahlı müqaviməti dayandıracağı təqdirdə, İmralı həbsxanasında saxlanılan PKK lideri Abdullah Öcalanın həbs cəzasının ev dustağına dəyişdirilməsi məsələsi müzakirə oluna bilər.
Abdullah Öcalanın ev dustağı edilməsi müzakirə oluna  bilər - Baş nazirin müavini

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir R.Hafizoğlu/

PKK terror təşkilatı silahlı müqaviməti dayandıracağı təqdirdə, İmralı həbsxanasında saxlanılan PKK lideri Abdullah Öcalanın həbs cəzasının ev dustağına dəyişdirilməsi məsələsi müzakirə oluna bilər. Trend-in "CNN Türk" telekanalı istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Baş nazirinin müavini Bülənt Arınc bildirib.

"Terror təşkilatı silahlı müqavimətdən əl çəkəcəyi təqdirdə, bu məsələ müzakirəyə çıxarıla bilər. Lakin hazırda buna ehtiyac yoxdur", - Arınc qeyd edib.

Baş nazirin müavini onu da deyib ki, PKK terror təşkilatı, ilk növbədə, silahlı müqavimətə qeyd-şərtsiz son qoymalıdır.

Xəbər lenti

Xəbər lenti