Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir A.Tağıyeva/
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi sammitində türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb. Trend-in məlumatına görə, bu haqda Türkiyənin Haberdar qəzeti məlumat verib.
Bu gün Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi sammiti keçirilir.