...

Türkiyənin Azərbaycandakı səfirliyində Nuru Paşanın abidəsinin açılışı olub

Siyasət Materials 28 İyun 2012 20:11 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyində cümə axşamı Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın abidəsinin açılış mərasimi keçirilib.
Türkiyənin Azərbaycandakı səfirliyində Nuru Paşanın abidəsinin açılışı olub

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Mehdiyev/

Türkiyənin Azərbaycandakı səfirliyində cümə axşamı Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın abidəsinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, səfirliyin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı Hərbi attaşeliyinin zabiti Seçkin Ceylan Qafqaz İslam Ordusunun döyüş yolu barədə təqdimat keçirib.

Onun sözlərinə görə, ordunun keçirdiyi döyüşlərdə 1130 Osmanlı əsgəri şəhid olub, 1936-sı yaralanıb.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç çıxışı zamanı deyib ki, Qafqaz İslam Ordusu 1918-ci ildə Azərbaycana qardaşlıq köməyi göstərib. Səfir Nuru Paşanın gələcəkdə Bakının digər yerlərində də abidəsinin qoyulacağına əmin olduğunu bildirib.

Tədbirdə iştirak edən Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Nizami Cəfərov Nuru Paşanı Azərbaycan və Türkiyə arasında milli birliyin abidəsi adlandırıb.

Xəbər lenti

Xəbər lenti