...

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanda dəyişiklik edilib

Siyasət Materials 6 İyul 2012 20:22 (UTC +04:00)
Prezident İlham Əliyev “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanda dəyişiklik edilib

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Prezident İlham Əliyev "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sənəddə qeyd olunur ki, mərkəzi icra hakimiyyəti orqanları göstərdikləri hər bir elektron xidmət üzrə ayrıca inzibati reqlamenti iki ay müddətində müəyyən etməlidirlər.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində nörmativ hüquqi aktlarını bu Fərmana uyğunlaşdırmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, üç ay müddətində "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsində nəzərdə tutulmuş tapşırığın mərkəzi icra hakimiyyəti orqanları tərəfindən icrası barədə məlumatı ümumiləşdirməli və Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti