...

Abdullah Gül: Dəməşq son şansından - Annanın planından istifadə edə bilmədi

Siyasət Materials 9 İyul 2012 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir A.Tağıyeva/

Rəsmi Dəməşq Suriyada böhranın nizamlanması üçün Ərəb Dövlətləri Liqası (ƏDL) və BMT-nin ölkədəki xüsusi nümayəndəsi Kofi Annanın planından istifadə edə bilmədi, bu plan Əsədin sonuncu şans idi. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Türkiyə Prezidenti Abdullah Gül bildirib.

"Annanın planı Prezident Əsədin sonuncu şansı idi. O, sonuncu şansından istifadə edə bilmədi. İndi ölkədə böhranın nizamlanması məqsədilə tədbirləri sərtləşdirmək lazımdır", - Gül deyib.

Prezident onu da vurğulayıb ki, son vaxtlar bəzi ölkələr Suriya böhranının həlli məsələsində müəyyən passivlik göstərirlər ki, nəticədə də ölkədə zorakılıq halları artmaqda davam edir.

Xəbər lenti

Xəbər lenti