...

İran beynəlxalq faktaraşdırıcı komissiyanın yaradılmasını istəyir

Siyasət Materials 11 İyul 2012 14:41 (UTC +04:00)
İran BMT-nin baş katibindən 1982-ci ildə Livanda oğurlanmış 4 iranlı diplomatın taleyinin müəyyənləşdirilməsi məqsədilə beynəlxalq müştərək faktaraşdırıcı komissiyanın yaradılmasını tələb edib.
İran beynəlxalq faktaraşdırıcı komissiyanın yaradılmasını istəyir

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir T.Cəfərov/

İran BMT-nin baş katibindən 1982-ci ildə Livanda oğurlanmış 4 iranlı diplomatın taleyinin müəyyənləşdirilməsi məqsədilə beynəlxalq müştərək faktaraşdırıcı komissiyanın yaradılmasını tələb edib. Bu sözləri İranın xarici işlər naziri Əli Əkbər Salehi bu gün Tehranda həmin diplomatların oğurlanmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Salehi BMT-nin baş katibi Pan Gi Munu iranlı diplomatların taleyinin müəyyənləşdirilməsi istiqamətində daha fəal rol oynamağa çağırıb.

İran KİV-lərinin məlumatına görə, 1982-ci ildə 3 diplomat və bir nəfər İran dövlət xəbər agentliyinin müxbiri Beyrutun şimal bölgəsində İran səfirliyinə gedərkən qaçırılıb. İran həmin diplomatların İsrail ilə yaxın münasibətdə olan Kataib partiyasının üzvlərinin qaçırdığını və İsraildə əsir olduğunu bildirir. İranın Livanda müvəqqəti işlər vəkili Möhsin Müsəvi və İran İslam İnqilabı Keşikçilər Korpusunun komandirlərindən olan Hacı Əhməd Mütəvəssilian oğurlanmış diplomatların arasında olub.

"2008-ci ildə İsrail rejimi bu dörd diplomatla bağlı məruzə ilə çıxış etdi. İsrail rejiminin bu məruzəsi göstərdi ki, bu rejimin həmin diplomatları qaçıran şəxslərlə əlaqəsi olub", - Salehi deyib.

Xəbər lenti

Xəbər lenti