...

Mahmud Quliyev və Nazim İsmayılov "Vətənə xidmətə görə" ordeni ilə təltif ediliblər

Siyasət Materials 12 İyul 2012 19:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Mahmud Quliyevin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Mahmud Quliyev və Nazim İsmayılov "Vətənə xidmətə görə" ordeni ilə təltif ediliblər

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Mahmud Quliyevin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Mahmud Nayfalı oğlu Quliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Nazim Mehdi oğlu İsmayılov da 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti