...

Mehriban Əliyeva: Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqi mədəniyyəti tariximizdə mənalı səhifələrdən biri kimi qalacaq

Siyasət Materials 26 İyul 2012 09:52 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı ilə bağlı yeni hazırlanan jurnal musiqi bayramının iyulun 25-də təşkil olunmuş təntənəli açılış mərasimində iştirakçılara paylanılıb.
Mehriban Əliyeva: Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqi mədəniyyəti tariximizdə mənalı səhifələrdən biri kimi qalacaq

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı ilə bağlı yeni hazırlanan jurnal musiqi bayramının iyulun 25-də təşkil olunmuş təntənəli açılış mərasimində iştirakçılara paylanılıb.

AzərTAc-ın məlumatına görə, nəfis şəkildə tərtib olunmuş jurnalın ilk səhifəsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu dərc edilib.

Məktubda qədim zamanlardan tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim öz töhfəsini verən Azərbaycanın son illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərinin keçirildiyi məkan kimi tanındığı qeyd edilir. Bildirilir ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan bu tədbirlər ildən-ilə daha böyük vüsət alır. Cəmi bir neçə ay bundan əvvəl ölkəmiz Avropanın ən mötəbər yarışması olan "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etdi və bu dəfə də milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirdi.

2009-cu ildə Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək öz beynəlxalq nüfuzunu ildən-ilə artırır.

Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu bu sözlərlə qurtarır:

"İnanıram ki, hər il olduğu kimi, bir çox dünya şöhrətli musiqi xadimlərinin iştirakı ilə keçirilən builki festival da unudulmaz musiqi bayramına çevriləcək və musiqi mədəniyyəti tariximizdə mənalı səhifələrdən biri kimi qalacaqdır".

Jurnalda Qəbələ rayonu, eləcə də bu beynəlxalq festivalda iştirak edən yerli və xarici vokalçılar, simfonik və kamera orkestrləri, muğam ustaları, dünya şöhrətli ustad sənətkarlar və məşhur musiqi kollektivləri, onların uğurları barədə geniş məlumatlar verilib.

Xəbər lenti

Xəbər lenti