...

İlham Əliyev Misirin ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 17 Avqust 2012 14:10 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 17-də Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Saber Mansuru diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
İlham Əliyev Misirin ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 17-də Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Saber Mansuru diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlətimizin başçısı səfir Saber Mansurun Azərbaycandakı diplomatik fəaliyyətini yüksək qiymətləndirdi, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə diplomata təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Saber Mansura gələcək fəaliyyətində uğurlar arzuladı.

Səfir Saber Mansur Azərbaycandakı diplomatik fəaliyyətindən məmnun qaldığını dedi. Diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə böyük uğurların əldə olunduğunu vurğulayan misirli səfir əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Xəbər lenti

Xəbər lenti