...

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdinə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 22 Sentyabr 2012 19:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdinə təbrik məktubu ünvanlayıb

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Salman bin Əbdüləziz Al Səuda Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə təbrik məktubu ünvanlayıb.

"Milli bayramınız - Krallıq elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir", - məktubda deyilir.

Prezident İlham Əliyev Salman bin Əbdüləziz Al Səuda ən xoş arzularını yetirib, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və firavanlıq diləyb.

Xəbər lenti

Xəbər lenti