...

Əbülfəs Qarayev Avstriyada Nazirlər Konfransında iştirak edəcək

Siyasət Materials 25 Sentyabr 2012 15:20 (UTC +04:00)
Sentyabrın 26-da Avstriyanın Vyana şəhərində "Qafqaz və Mərkəzi Asiya: Qlobal iqtisadi çağırışlar şəraitində davamlı inkişafın təşviqi" mövzusunda Nazirlər Konfransı keçiriləcək.
Əbülfəs Qarayev Avstriyada Nazirlər Konfransında iştirak edəcək

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Sentyabrın 26-da Avstriyanın Vyana şəhərində "Qafqaz və Mərkəzi Asiya: Qlobal iqtisadi çağırışlar şəraitində davamlı inkişafın təşviqi" mövzusunda Nazirlər Konfransı keçiriləcək.

Tədbirdə iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Vyanaya səfər edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, konfransda Qarayevin Azərbaycanda turizm sahəsində aparılan islahatlar və həyata keçirilən tədbirlər mövzusunda çıxışı və Avstriyanın iqtisadiyyat, ailə və gənclər üzrə federal naziri Reinhold Miterlenerlə görüşü nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti