İlk xəbər 19:28-də yayılıb
Azərbaycan, Bakı, 25 sentyabr /Trend/
Prezident İlham Əliyev Emin Yaqub oğlu Eyyubovun Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Emin Eyyubov Azərbaycanın Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.