...

AŞPA Suriyanın Türkiyə ərazisinə mərmi atəşi açmasını pisləyib

Siyasət Materials 4 Oktyabr 2012 15:44 (UTC +04:00)
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Suriyada humanitar böhrana qarşı Avropanın cavabı ilə bağlı müzakirələr zamanı qurumun sədri Jan-Klod Minyon Suriyadan Türkiyə ərazisinə mərmi atəşi açılmasını qətiyyətlə pisləyən bəyanatla çıxış edib.
AŞPA Suriyanın Türkiyə ərazisinə mərmi atəşi açmasını pisləyib

Fransa, Strasburq, 4 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Suriyada humanitar böhrana qarşı Avropanın cavabı ilə bağlı müzakirələr zamanı qurumun sədri Jan-Klod Minyon Suriyadan Türkiyə ərazisinə mərmi atəşi açılmasını qətiyyətlə pisləyən bəyanatla çıxış edib.

"Mən Suriya ilə sərhəd zonasında yaşayan Türkiyənin mülki şəxslərinin ölümünə səbəb olan və Suriya ərazisindən açılan mərmi atəşləri qətiyyətlə pisləyirəm. Bu atəşlər Türkiyənin suverenliyinin qəbuledilməz pozulması ilə bağlı bir çox hadisələrdən yalnız sonuncusu və ən pisidir. Mən bütün tərəfləri zorakılıq hallarına əl atmamağa və beynəlxalq hüququn norma və qaydalarına riayət etməyə çağırıram. Qeyri-sabitliyin yayılması bütün bölgə üçün çox ciddi fəsadların meydana gəlməsi riskini yaradır", - Trend-in məlumatına görə, Minyon bəyan edib.

Bundan əlavə, AŞPA sədri hadisə nəticəsində həyatını itirən insanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının dördüncü iş günündə Suriyada baş verən hadisələrlə bağlı sənəd qəbul edilib. İtaliyalı deputat Giakomo Santini tərəfindən hazırlanan "Suriyada humanitar böhrana qarşı Avropanın cavabı" adlı məruzə ətrafında müzakirələr aparılıb. Məruzədə Suriyada humanitar böhranın təhlükəli həddə çatdığı vurğulanıb.

Xəbər lenti

Xəbər lenti