...

Konstitusiya Məhkəməsi qanunvericiliyin övladlığa götürmə ilə bağlı maddəsini şərh etdi

Siyasət Materials 20 Oktyabr 2012 11:29 (UTC +04:00)
Övladlığa götürənlər tərəfindən uşaqların maraqları və hüquqları nəzərə alınmaqla onların başqa şəxslərlə münasibət qurmalarına məhdudiyyətlərin müəyyən edilməsi valideynlik hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz.
Konstitusiya Məhkəməsi qanunvericiliyin övladlığa götürmə ilə bağlı maddəsini şərh etdi

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Övladlığa götürənlər tərəfindən uşaqların maraqları və hüquqları nəzərə alınmaqla onların başqa şəxslərlə münasibət qurmalarına məhdudiyyətlərin müəyyən edilməsi valideynlik hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz.

Trend-in məlumatına görə, Konstitusiya Məhkəməsinin Goranboy rayon məhkəməsinin müraciəti əsasında qəbul etdiyi qərarda belə qeyd olunur.

Goranboy rayon məhkəməsi Ailə Məcəlləsinin 132.1.1 və 131.2-ci (Övladlığa götürmənin ləğv edilməsinin əsasları), 130-cu (Övladlığa götürmənin gizli saxlanması) və Cinayət Məcəlləsinin 175-ci maddəsinin (Övladlığa götürmə sirrini yayma) şərh olunması xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

KM-nin qəbul etdiyi qərar görə, övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədiyi və övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdiyi əsaslarla övladlığa götürmənin ləğvinə dair qərar qəbul edərkən məhkəmə iş üzrə bütün halları nəzərə almalı və uşağın mənafeyindən çıxış etməlidir.

Həmin əsaslar olduqda Ailə Məcəlləsinin 133-cü maddəsində (Övladlığa götürmənin ləğv olunmasını tələb etmək hüququ olanlar) göstərilən şəxslər tərəfindən (övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı) övladlığa götürmənin ləğv edilməsi barədə məhkəməyə müraciət edilməsi övladlığa götürmənin sirrini pozmur və cinayət məsuliyyəti yaratmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti