...

"Forbes": Azərbaycan sabit iqtisadiyyatı və zəngin mədəniyyəti olan ölkədir

Siyasət Materials 8 Noyabr 2012 14:33 (UTC +04:00)
Dünyanın ən nüfuzlu iqtisadi nəşrlərindən olan "Forbes" jurnalında Azərbaycana həsr edilmiş məqalə dərc edilib.
"Forbes": Azərbaycan sabit iqtisadiyyatı və zəngin mədəniyyəti olan ölkədir

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Dünyanın ən nüfuzlu iqtisadi nəşrlərindən olan "Forbes" jurnalında Azərbaycana həsr edilmiş məqalə dərc edilib.

Trend-in məlumatına görə, məqalədə deyilir ki, SSRİ-nin dağılmasından sonra ABŞ bir sıra müstəqil dövlətlərlə münasibətlər qurdu.

"Lakin son 20 ildə ABŞ üçün bu ölkələrdən çoxu Azərbaycan qədər dəyərli olmadı. Biz hamımız Azərbaycanı sabit iqtisadiyyatı, zəngin mədəniyyəti olan ölkə kimi və siyasətin aktuallığını nəzərə alaraq başa düşməliyik", - məqalədə qeyd edilir.

Məqalədə deyilir ki, dünyanın ən qeyri-sabit regionlarından birində yerləşən Azərbaycan qlobal mənada ABŞ-ın az tanınan və lazımi qədər qiymətləndirilməmiş. müttəfiqidir.

Məqalə müəllifi hesab edir ki, İran, Rusiya, Gürcüstan və Ermənistan ilə sıx coğrafi sahəni bölüşmək asan deyil, lakin bu müsəlman ölkəsində azərbaycanlılar regiondakı ən qərbyönümlü, liberallaşdırılmış cəmiyyətlərdən biridir.

O buna nümunə kimi qadınların sovet Azərbaycanından öncə səs vermək hüququnu əldə etməsi faktını göstərir ki, bu da ABŞ Konstitusiyasının 19-cu düzəlişinin qəbulundan əvvəl baş verib.

Bundan başqa, məqalədə Azərbaycanın qlobal terrorizimlə mübarizədə ABŞ-ın cəhdlərini dəstəkləməsinin vacibliyi vurğulanır.

"Forbes" hesab edir ki, Azərbaycan iqtisadi cəhətdən unikal şəraitdə yerləşir. Neft və təbii qaz nəzərə alınmaqla Azərbaycanın zəngin təbii resursları ölkəni Avropaya enerji resurslarının əsas tədarükçüsü mövqeyində göstərir.

"Son bir neçə onillikdə enerji sahəsində əhəmiyyətli canlanma iqtisadiyyatı kökündən dəyişməyə imkan verib və Azərbaycana region və bir çox dünya ölkələrinin üzləşdiyi qlobal iqtisadi enişdən qaçmağa imkan verib", - müəllif yazır.

Müəllifin fikrincə, azərbaycanlılar öz təbii sərvətlərindən daxili inkişafa - infrastrukturun modernləşdirilməsinə, müasir bank və maliyyə şəbəkələrinin yaradılmasına, həmçinin telekommunikasiya və avtomobil sənayesində artımın stimullaşdırılmasına investisiya yatıraraq rifah məqsədləri üçün istifadə edir.

"ABŞ-ın Azərbaycan ilə münasibətləri yaxın illərdə diplomatik və iqtisadi cəhətdən inkişaf edən əlaqələr sırasında olacaq. Belə ki, bu ölkə artıq özünü regionda əsas müttəfiq qismində tanıdıb", - məqalədə qeyd edilir.

Məqalədə həmçinin bildirilir ki, Azərbaycan-Amerika Alyansı sayəsində noyabrda Vaşinqtondakı siyasətçilərin Azərbaycan və azərbaycanlılar haqqında daha çox öyrənmək imkanları olacaq. Alyans Azərbaycan və ABŞ-ın mədəni, iqtisadi və diplomatik yaxınlaşmasına hesablanmış möhtəşəm şam yeməyi verəcək. Tədbirin iştirakçıları konqresin indiki və keçmiş üzvləri, Ağ evin əməkdaşları və Vaşinqtonun siyasi, iqtisadi və media dairələrinin bir çox nümayəndəsi olacaq.

"Tədbirin çox maraqlı olacağı gözlənilir, çünki Azərbaycan son illər iqtisadi və mədəni baxımdan çiçəklənib" , - məqalədə deyilir. Müəllif nümunə kimi bu yaxınlarda Bakıda Cennifer Lopes və Rihannanın konsertlərinin keçirilməsini göstərir.

Tədbir alyansın ABŞ-da ən böyük üstünlüyü mədəniyyətlərarası dialoq olan Azərbaycanın uğurlarından bəhs etmək üçün ilk cəhdlərindən biridir.

Məqalədə qeyd edilir ki, bu tədbir bir çox amerikalı üçün yenilik vəd edir. Orada ölkənin mötəbərliyi təqdim olunacaq. Mətbəx və musiqi iştirakçıları Azərbaycana aparacaq, gecənin əsas əyləncəsi isə Bakıda keçirilən "Eurovision 2012"-nin finalçısı və Milli Rəqs Ansamblı olacaq.

"Noyabrın 14-də keçiriləcək gecə ABŞ və Azərbaycanı birləşdirən ümumi cəhətlərə istiqamətlənib", - məqalədə deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti