...

Azərbaycan Prezidenti Ukraynanın müdafiə nazirini qəbul edib

Siyasət Materials 12 Noyabr 2012 18:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Ukraynanın müdafiə naziri Dmitri Salamatınin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Ukraynanın müdafiə nazirini qəbul edib

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Ukraynanın müdafiə naziri Dmitri Salamatınin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ukraynanın müdafiə naziri Dmitri Salamatin Ukrayna Prezidenti Viktor Yanukoviçin Konstitusiya günü münasibətilə təbriklərini və salamlarını dövlətimizin başçısına çatdırdı. Ukrayna Prezidentinin Azərbaycan ilə münasibətlərin genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxladığını deyən nazir ölkəsinin respublikamızla ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdirilməsində maraqlı olduğunu vurğuladı.

Azərbaycan-Ukrayna ikitərəfli münasibətlərinin böyük tarixə malik olduğunu deyən dövlətimizin başçısı ölkəmizin bu münasibətlərin daha da genişləndirilməsinə önəm verdiyini qeyd etdi. Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Ukraynanın müdafiə naziri Dmitri Salamatınin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev Prezident Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna dövlətinin başçına çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti