...

Ankara Qəzza sektorunda əməliyyatların dayandırılması üçün İsraillə danışıqlara təşəbbüs göstərir

Siyasət Materials 16 Noyabr 2012 11:25 (UTC +04:00)
İsrail-Türkiyə əlaqələrinin bu gün dondurulmuş olmasına baxmayaraq, Ankara Qəzza sektorunda əməliyyatların dayandırılması üçün İsraillə danışıqlar aparmalıdır.
Ankara Qəzza sektorunda əməliyyatların dayandırılması üçün İsraillə danışıqlara təşəbbüs göstərir

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir A.Tağıyeva/

İsrail-Türkiyə əlaqələrinin bu gün dondurulmuş olmasına baxmayaraq, Ankara Qəzza sektorunda əməliyyatların dayandırılması üçün İsraillə danışıqlar aparmalıdır. Bu barədə Türkiyənin Baş nazirinin müavini Bülənt Arınç bəyan edib. Trend-in məlumatına görə, xəbəri "Anadolu" agentliyi yayıb.

"Türkiyə və İsrail dinc əhalinin həlak olmasının qarşısının alınması üçün Qəzza sektoruna zərbələrin dayandırılması ilə bağlı danışıqlar aparmalıdır", - Arınç deyib.

O qeyd edib ki, Türkiyə İsrailin Qəzzaya qarşı təcavüzünün qarşısının alınması üçün mümkün olan hər şeyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti