Azərbaycan, Bakı, 19 noyabr /Trend/
Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının tikintisinin tamamlanması və müasir avadanlıqla təchiz edilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Tibb Universitetinə beş milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.