...

Azərbaycanın müxalif partiyaları yeni blokun yaradılmasını müzakirə ediblər

Siyasət Materials 24 Noyabr 2012 12:24 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mayis Güləliyev və VİP sədri Əli Əliyev arasında görüş keçirilib.
Azərbaycanın müxalif partiyaları yeni blokun yaradılmasını müzakirə ediblər

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir E.Mehdiyev/

Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mayis Güləliyev və VİP sədri Əli Əliyev arasında görüş keçirilib.

VİP-dən Trend-ə verilən məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, AYP, Ədalət Partiyası və VİP-in iştirakı ilə siyasi blokun təsisatı, eyni zamanda, bir sıra cari məsələlər müzakirə olunub.

Partiya rəhbərləri siyasi blokun yaradılması istiqamətində artıq bir müddətdir davam edən üçtərəfli müzakirələrdə önəmli məsafə qət edildiyini və əsas prinsipial məsələlərdə razılığa gəlindiyini vurğulayıblar.

Danışıqların yekun mərhələyə daxil olduğunu diqqətə çatdıran tərəflər partiyadaxili məsləhətləşmələrdən sonra müzakirələrin qarşıdakı günlərdə davam etdirulməsini qərara alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti