...

Türkiyə QİƏT-in region əməkdaşlığının inkişaf etdirilməsini nəzərdə tutan fəaliyyət planı hazırlayıb

Siyasət Materials 27 Noyabr 2012 12:13 (UTC +04:00)
Hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) sədrlik edən Türkiyə təşkilatın region əməkdaşlığının inkişaf etdirilməsini nəzərdə tutan fəaliyyət planı hazırlayıb.
Türkiyə QİƏT-in region əməkdaşlığının inkişaf etdirilməsini nəzərdə tutan fəaliyyət planı hazırlayıb

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir M.Əliyev /

Hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) sədrlik edən Türkiyə təşkilatın region əməkdaşlığının inkişaf etdirilməsini nəzərdə tutan fəaliyyət planı hazırlayıb. Trend-in məlumatına görə, bunu Bakıda Milli Məclisdə çərşənbə axşamı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisinin Baş Assambleyasının 40-cı iclasında çıxışı zamanı QİƏT-in baş katibi Viktor Tvirkun deyib.

Onun sözlərinə görə, bu plana əsasən, regionun davamlı inkişafı nəqliyyat, təhsil, kommunikasiya, İKT, elm texnologiya və digər məsələlər öz əksini tapıb ki, bu da region əməkdaşlığının inkişafına öz töhfəsini verəcək.

Tvirkun bildirib ki, QİƏT regionunun davamlı inkişafını təmin etmək üçün layihələrin həyata keçirilməsi, Qara Dəniz regionunda dairəvi nəqliyyat yolunun salınması və bununla da region ölkələri arasında ticarət dövriyyəsinin artırılması əməkdaşlığa öz töhfəsini verəcək.

QİƏT-in baş katibi deyib ki, təşkilatın fəaliyyətinin effektivliyini artırmaq üçün 17 prioritet müəyyən edilib, kommunikasiya strategiyası hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti