...

Aİ ədliyyə sahəsindəki islahatlara dəstək layihəsinin 2020-ci ilədək uzadılmasının tərəfdarıdır

Siyasət Materials 5 Dekabr 2012 15:03 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycanda ədliyyə sahəsindəki islahatlara dəstək layihəsinin 2020-ci ilə qədər uzadılmasının tərəfdarıdır.
Aİ ədliyyə sahəsindəki islahatlara dəstək layihəsinin 2020-ci ilədək uzadılmasının tərəfdarıdır

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Avropa İttifaqı (Aİ) Azərbaycanda ədliyyə sahəsindəki islahatlara dəstək layihəsinin 2020-ci ilə qədər uzadılmasının tərəfdarıdır.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Avropa Şurası (AŞ) və Avropa İttifaqının "Pis rəftar və cəzasızlıqla mübarizənin gücləndirilməsi" adlı birgə proqramı çərçivəsində Azərbaycan Hüquqşünasları Konfederasiyasnın (AHK) təşkilatçılığı ilə "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının qanunu və pis rəftarla mübarizə"yə dair "dəyirmi masa"da çıxışında deyib.

Kobia bildirib ki, Aİ ilə Ədliyyə Nazirliyi arasında ötən il icrasına başlanılmış layihə çərçivəsində ədliyyə sahəsindəki islahatlara 14,5 milyon avro məbləğində vəsait ayrılıb. Bu vəsaitdən 6 milyon manat Penitensiar Xidmətdə aparılan islahatların payına düşüb.

Həmin məbləğ Penitensiar Xidmət əməkdaşları üçün treninqlərin keçirilməsi, Avropa İttifaqının bu sahədəki sənədlərinin öyrənilməsi, milli qanunvericiliyin bu sənədlərə uyğunlaşdırılması istiqamətlərdə görülən işlərə xərclənəcək.

Layihənin gələn ilin sonunda başa çatacağını deyən səfir bildirib ki, Aİ bu layihənin davam etdirilməsi üçün Azərbaycan hökuməti ilə danışıqlar aparır və layihənin 2020-ci ilə qədər davam etdirilməsi arzusundadır.

Qeyd edək ki, sözügedən layihə Ədliyyə Akademiyası, Penitensiar Xidmət və regional ədliyyə şöbələrinin fəaliyyəti sahəsində islahatlara dəstək məqsədilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti