...

"Patriot" kompleksinin bir hissəsi Türkiyəyə gətirilib

Siyasət Materials 18 Dekabr 2012 11:14 (UTC +04:00)
2013-cü ilin ilk günlərində Türkiyədə yerləşdiriləcək "Patriot" zenit-raket kompleksinin (ZRK) batareyalarının bir hissəsi dünən ölkəyə gətirilib.
"Patriot" kompleksinin bir hissəsi Türkiyəyə gətirilib

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir A.Tağıyeva/

2013-cü ilin ilk günlərində Türkiyədə yerləşdiriləcək "Patriot" zenit-raket kompleksinin (ZRK) batareyalarının bir hissəsi dünən ölkəyə gətirilib. Bu barədə Trend çərşənbə axşamı "CNN Turk" telekanalına istinadən məlumat verir.

Eyni zamanda, Türkiyəyə ZRK-ya xidmət edəcək personalın bir hissəsi də gəlib. Personal Adana vilayətindəki "İncirlik" hərbi bazasında yerləşdiriləcək.

Qeyd edək ki, noyabrın ikinci yarısında Türkiyə Suriya tərəfdən mümkün hava hücumundan müdafiə üçün "Patriot" sistemlərinin verilməsi haqqında NATO-ya müraciət etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti