...

Mübariz Əhmədoğlu: 2012-ci il Azərbaycan üçün hərtərəfli uğurludur

Siyasət Materials 8 Yanvar 2013 13:52 (UTC +04:00)
2012-ci il Azərbaycan üçün hərtərəfli uğurludur. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib.
Mübariz Əhmədoğlu: 2012-ci il Azərbaycan üçün hərtərəfli uğurludur

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir E.Mehdiyev/

2012-ci il Azərbaycan üçün hərtərəfli uğurludur. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü başladı və həm də tarixdə ilk dəfə olaraq BMT TŞ-yə sədrlik etdi. Bu, bütün dünya azərbaycanlıları üçün qürurverici hadisədir.

Politoloq bildirib ki, Qəbələ RLS-in fəaliyyətinin dayanması təkcə 2012-ci ilin deyil, bəlkə də 10 illiyin uğurudur.

"Bəzi destruktiv qüvvələr, ermənilər və onları tərəfkeşlərinin fikrincə, Qəbələ RLS-in fəaliyyətinin dayandırılması Azərbaycan-Rusiya münasibətlərin pisləşdirib hətta müharibə səviyyəsinə qədər gərginləşdrəcəkdir. Onlar nəzərə almalıdırlar ki, Rusiyanın marağı olsaydı, ən azı, bu mövzuda Azərbaycanla dialoqu davam etdirərdi", - Əhmədoğlu deyib.

O qeyd edib ki, son bir neçə ayda heç bir Rusiya rəsmisi bu mövzudan ötrü Azərbaycana səfər etməyib və ya Azərbaycan səlahiyyətlilərini Rusiyaya dəvət etməyib.

"Rusiya xarici işlər nazirinin Qəbələ RLS-in fəaliyyətini dayandırmaqla bağlı notasından iki gün öncə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Moskvada idi və Moskvanın xahişi ilə o, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun namizədliyini MDB Müdafiə Nazirlərinin Şurasının sədrliyinə təqdim etdi. Bu, özü bir işarəverici hadisədir. Rusiyanın Azərbaycanla düşmənçilik münasibətləri olsaydı, bu işi orada olan 10 nazirdən başqa birisinə həvalə edərdi", - politoloq vurğulayıb.

O hesab edir ki, Qəbələ RLS-in fəaliyyətinin sakit şəkildə dayandırılması Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə daha yeni mərhələyə qalxmasına şərait yarada bilər.
"Qəbələ RLS-in fəaliyyətinin dayanması Azərbaycan ərazisində digər dövlətin hərbi iştirakının sonu deməkdir. Bu da Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsi və ya onun ayağının sayalı olması kimi başa düşülə bilər", - Əhmədoğlu deyib.

O həmçinin qeyd edib ki, TANAP layihəsinin fəaliyyətə başlaması mühüm hadisədir. "2012-ci ildə Bakı dünya problemlərinin müzakirə edildiyi mərkəzə çevrildi. Keçirilmiş beynəlxalq tədbirlər rəsmi Bakıdan çox, iqtisadi problemlər məngənəsində vurnuxan dünya üçün əhəmiyyətli idi. Avropa idman olimpiadasının təsisi və onun ilk dəfə Azərbaycanda keçirilməsi haqqında qərar,İdman sahəsindəki uğurlarımız, "Eurovision" mahnı müsabiqəsi kifayət gədər geosiyasi tutumlu hadisələrdir", - politoloq bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti