...

Norveçin xarici işlər nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Siyasət Materials 11 Yanvar 2013 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Norveç Krallığının xarici işlər naziri Espen Bart Eidenin Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb.

Trend-in Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 13-də Norveç Krallığının xarici işlər naziri Espen Bart Eide Azərbaycana rəsmi səfər edəcək.

Səfər zamanı Espen Bart Eide ölkə rəhbərliyi tərəfindən qəbul ediləcəyi, həmçinin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulur.

Səfərin yekunları ilə bağlı mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti