...

Azərbaycanın müxalifət partiyasının rəhbəri “səkkizlik” formatının gələcəyinə nikbin baxmır

Siyasət Materials 15 Yanvar 2013 13:21 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyasının sədri "səkkizlik" formatı çərçivəsində ciddi nəticələrin əldə olmasına o qədər də inanmır.
Azərbaycanın müxalifət partiyasının rəhbəri “səkkizlik” formatının gələcəyinə nikbin baxmır

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir E.Mehdiyev/

Vətəndaş və İnkişaf Partiyasının sədri "səkkizlik" formatı çərçivəsində ciddi nəticələrin əldə olmasına o qədər də inanmır.

"Ola bilər ki, "səkkizlik" formatında hansısa ciddi məsələlər müzakirə olunsun və hansısa nəticəyə nail olunsun, ancaq mən o qədər də nikbin deyiləm", - bu barədə Trend-ə VİP sədri Əli Əliyev deyib.

O qeyd edib ki, "səkkizlik" müxalifətin vahid mərkəzini yaradıb, vahid komanda ilə seçkilərə qatılmaq məqsədi qarşıya qoymuşdu.

"Burada hansısa namizədin önə çıxması, hansısa partiyanın təşəbbüslə çıxış etməsi yolverilməz idi. İctimai Palata, xüsusən Müsavat Partiyası namizədliyi irəli sürmə, seçki kampaniyasına başlayıblarsa, "səkkizliy"in perspektivi o qədər parlaq görünmür", - partiya sədri deyib.

Əliyev dəvət alsa, "səkkizliy"in növbəti görüşündə iştirak edəcəyini qeyd edib.

Qeyd edək ki, "səkkizliy"ə ADP, AXCP, Ümid, ALP, VİP, AMİP, KXCP və Müsavat Partiyası daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti