Azərbaycan, Bakı, 29 yanvar /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti xanım Dilma Russeffə başsağlığı verib.
"Santa-Mariya şəhərində baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Braziliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, hadisə zamanı zərər çəkənlərin və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", - başsağlığında deyilir.