Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir M.Əliyev/
Fevral ayında Qəbələ RLS-in bağlanması üzrə Azərbaycan-Rusiya birgə komissiyasının birinci iclasının keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev brifinqdə deyib.
Azərbaycan tərəfindən komissiyanın həmsədri XİN rəhbərinin müavini Xələf Xələfovdur.
İclas zamanı Qəbələ RLS-in bağlanmasına dair texniki məsələlər müzakirə ediləcək.