...

Türkiyədə hər kəsə ana dilində özünümüdafiə haqqı verilib

Siyasət Materials 31 Yanvar 2013 06:52 (UTC +04:00)
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, ölkə Prezidenti Abdulla Gül ana dilində özünümüdafiə və məhkumların cəza evində həyat yoldaşları ilə görüşməsinə icazə verən qanunu təsdiqləyib.
Türkiyədə hər kəsə ana dilində özünümüdafiə haqqı verilib

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.Qəzvini/

Türkiyədə hər kəsə ana dilində özünümüdafiə haqqı verilib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, ölkə Prezidenti Abdulla Gül ana dilində özünümüdafiə və məhkumların cəza evində həyat yoldaşları ilə görüşməsinə icazə verən qanunu təsdiqləyib. Bundan sonra şübhəli bilinən hər kəs məhkəmə sistemində özünü sərbəst ifadə etmək üçün ana dilində müraciət hüququ əldə etmiş olur.

Şübhəli prakurorluq tərəfindən müəyyən edilmiş tərcümə xidmətlərindən istifadə etməklə hüququnu qoruyacaq. Qanuna görə, evli hökmlülər həyat yoldaşları ilə görüşməklə yanaşı, ağır xəstələndikləri vaxt həbsxanada tək qalmayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti