...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə qanunsuz narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilib

Siyasət Materials 1 Fevral 2013 15:50 (UTC +04:00)
Milli TəhlükəsizlikMilli Təhlükəsizlik Nazirliyi tərəfindən son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilib, onlardan ümumilikdə 15 kiloqram 400 qramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Nazirliyi tərəfindən son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilib, onlardan ümumilikdə 15 kiloqram 400 qramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə qanunsuz narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilib

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İzzət/

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilib, onlardan ümumilikdə 15 kiloqram 400 qramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

Nazirliyin İctimai Əlaqələr Mərkəzindən Trend-ə daxil olan məlumata görə, görülmüş əməliyyat tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşı Tağıyev Samid Əlimuxtar oğlu saxlanılıb və müəyyən edilib ki, o, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Şahin adlı vətəndaşı və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə 1 kiloqram 142,97 qram narkotik vasitə olan heroini İran istiqamətindən gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycana gətiriblər.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Həsənağa Abbasqulu oğlu yaxalanıb. Müəyyən edilib ki, Həsənağa Hüseynov və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının "Molla" ləqəbli Bayram adlı vətəndaşı cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə İran istiqamətindən narkotik vasitə olan - 7 kiloqram 038,53 qram həşişi və 495,55 qram heroini qaçaq yolla gizli keçirib Azərbaycana gətiriblər.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Əliyev Habil Balaxan oğlu saxlanılıb. Məlum olub ki, Habil Əliyev və hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları cinayət əlaqəsinə girərək 5 kiloqram 732,57 qram narkotik vasitə olan tiryəki qaçaq yolla İrandan Azərbaycana gətiriblər.

Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Feyziyev Nahid Ağaqulu oğlu, milliyətcə azərbaycanlı, Rusiya Federasiyasının vətəndaşları - Məmmədov İqbal Hacıəli oğlu, Ağayev Aydın Əli oğlu, Ağayev Namiq Aydın oğlu və Rufullayev Azad Yəbiş oğlu Rusiyanın Rostov vilayətinin Volqodonsk şəhərində saxlanılıblar. Keçirilmiş baxış nəticəsində onlardan narkotik vasitə olan 1 kiloqram heroin aşkarlanaraq götürülüb.

Bütün faktlarla bağlı cinayət işləri başlanılıb, adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti