Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.Tariverdiyeva/
Vaşinqton rəsmi Tehrana münasibətini dəyişəcəyi halda, İran ABŞ ilə birbaşa danışıqlara dair təklifi nəzərdən keçirəcək. Trend-in çərşənbə günü "Press TV" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə İran Prezidenti Mahmud Əhmədinejad deyib.
"ABŞ-ın rəsmi şəxslərinin müsbət və yeni fikirləri var, ümid edirik ki, dəyişikliklər onların münasibətlərinə də şamil ediləcək. O zaman bu təklifi müsbət tərəfdən dəyərləndirəcəyik", - Əhmədinejad Misirə səfəri zamanı jurnalistlərə deyib.