...

Venesuelada prezident seçkiləri aprelin 14-də keçirilə bilər

Siyasət Materials 9 Mart 2013 21:12 (UTC +04:00)
Venesuelada prezident seçkiləri aprelin 14-də keçirilə bilər. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Venesuelanın Milli Seçki Şurasındakı mənbə bildirib.
Venesuelada prezident seçkiləri aprelin 14-də keçirilə bilər

Azərbaycan, Bakı, 9 mart /Trend/

Venesuelada prezident seçkiləri aprelin 14-də keçirilə bilər. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Venesuelanın Milli Seçki Şurasındakı mənbə bildirib.

Məlumatda deyilir ki, bununla bağlı rəsmi qərar yaxın zamanlarda veriləcək.

Gözlənildiyi kimi, Venesuelada prezidentin səlahiyətlərini icra edən Nikolas Maduro hakim partiyanın namizədi kimi seçkilərdə iştirak edəcək.

Yerli qanunvericiliyə görə, dövlət başçısının postundan getməsindən 30 gün sonra prezident seçkiləri keçirilməlidir.

Xatırladaq ki, martın 5-də vəfat etmiş Venesuelanın prezidenti Uqo Çaves varisi kimi Nikolas Maduronu elan etmişdi.

Xəbər lenti

Xəbər lenti