...

Milli təhlükəsizlik orqanlarının veteranları və kursantlar məktəblilərlə görüşüblər

Siyasət Materials 13 Mart 2013 15:23 (UTC +04:00)
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə respublikada gənclərimizin vətənpərvərlik, tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi sahəsində apardığı məqsədyönlü siyasətinin həyata keçirilməsində Milli Təhlükəsizlik Nazirliyi də daim ön sıradadır. Mütəmadi olaraq milli təhlükəsizlik orqanlarının rəhbər işçilərinin, əməkdaşlarının, veteranlarının iştirakı ilə ölkənin ali və orta məktəblərində müəllim-professor heyəti, tələbələr və şagirdlərlə görüşlər təşkil olunur, həmin tədbirlərdə gənc nəslə vətənpərvərlik, xalqa məhəbbət, azərbaycançılıq, dövlətçilik maraqlarına və mənafelərinə sədaqət ruhu aşılanır.
Milli təhlükəsizlik orqanlarının veteranları və kursantlar məktəblilərlə görüşüblər

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə respublikada gənclərimizin vətənpərvərlik, tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi sahəsində apardığı məqsədyönlü siyasətinin həyata keçirilməsində Milli Təhlükəsizlik Nazirliyi də daim ön sıradadır. Mütəmadi olaraq milli təhlükəsizlik orqanlarının rəhbər işçilərinin, əməkdaşlarının, veteranlarının iştirakı ilə ölkənin ali və orta məktəblərində müəllim-professor heyəti, tələbələr və şagirdlərlə görüşlər təşkil olunur, həmin tədbirlərdə gənc nəslə vətənpərvərlik, xalqa məhəbbət, azərbaycançılıq, dövlətçilik maraqlarına və mənafelərinə sədaqət ruhu aşılanır.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, belə görüşlərdən biri də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü ərəfəsində Xəzər rayonundakı A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika internat tipli gimnaziyada keçirilib.

Tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının kursantları, veteranları, Xəzər rayon idarəsinin əməkdaşları, gimnaziyanın pedaqoji və şagird kollektivi, eləcə də Mərdəkan qəsəbəsində yerləşən bir neçə məktəbin təhsildə müvəffəqiyyətlər əldə etmiş şagirdləri iştirak ediblər. Qeyd olunmalıdır ki, qəsəbədə yerləşən gimnaziya və digər məktəblər Heydər Əliyev Fondu tərəfindən ən yüksək tələblərə cavab verən səviyyədə təmir olunub, bu təhsil ocaqlarının maddi-texniki bazası daha da gücləndirilib.

Görüş iştirakçıları əvvəlcə gimnaziyanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə gimnaziyanın direktoru Murad Əlizadə açıb. M.Əlizadə müəllimlər və şagirdlər adından Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. O, belə bir görüşün A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika internat tipli gimnaziyada keçirildiyi üçün milli təhlükəsizlik naziri Eldar Mahmudova minnətdarlığını bildirib.

Xəzər rayonu İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov yeniyetmə və gənclərlə bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, təhlükəsizliyini qoruya bilməyən dövlət müstəqil ola bilməz. Milli Təhlükəsizlik Nazirliyi çox mühüm funksiyaları həyata keçirir. Ulu öndər Heydər Əliyev də ömrünün 25 ilini bu təhlükəsizlik orqanlarında xidmətə həsr edib. Dövlət müstəqilliyimizin qorunmsında, ölkədə dayanıqlı sabitliyin yaradılmasında, sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan günü-gündən daha da qüdrətlənir. Bu nailiyyətlərin əldə edilməsində dövlət başçısının rəhbərliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin xidmətləri təqdirəlayiqdir.

Xəzər rayonu Ziyalılar Cəmiyyətinin sədri, professor Təvəkkül Səlimov Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın rayon sakinlərinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Təhlükəsizlik orqanlarının veteranları Arif Zeynalov, Faiq Abasov və Gülağa Rəhimov milli təhlükəsizlik orqanlarının yarandığı gündən indiyədək keçdiyi çətin və şərəfli tarixi yol barədə məlumat verib, ulu öndər Heydər Əliyevin bu orqanlarda həyata keçirdiyi milliləşdirmə prosesindən bəhs ediblər. Milli Təhlükəsizlik Nazirliyinin xalqımızın maraqlarının etibarlı təmin olunması sahəsində gördüyü işlərin ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını bildirən veteranlar Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uğurlu siyasət nəticəsində müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyini və nüfuzlu dövlətə çevrildiyini qeyd ediblər. MTN-in Heydər Əliyev adına Akademiyasının kursantı, Heydər Əliyev təqaüdçüsü Elşən Cəfərli ümummilli liderin gənc nəsilə daim xüsusi diqqət və qayğı göstərdiyini, ulu öndərin gənclərin ölkəmizin ictimai-siyasi, mədəni həyatında layiqli yer tutması, milli kadr kimi formalaşmasına ciddi önəm verdiyini bildirib. Dahi şəxsiyyətin şərəfli ömür yolu hər bir vətənpərvər azərbaycanlı, xüsusilə də biz gənclər üçün əsl həyat məktəbidir. Heydər Əliyev gənclərin qarşısında başlıca vəzifəni müəyyən edib: "Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədiliyinə həsr etməkdən ibarət olmalıdır".

Milli Təhlükəsizlik Nazirliyinin Xəzər rayon idarəsinin rəisi Rafiq Səfərov tədbir üçün yaradılan şəraitə görə gimnaziyanın kollektivinə təşəkkür etmiş və bildirib ki, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli təhlükəsizlik orqanları xalqımızın maraqları və təhlükəsizliyinin etibarlı qorunması üçün bundan sonra da layiqincə xidmət edəcək. Milli Təhlükəsizlik Nazirliyinin son vaxtlar əldə etdiyi nailiyyətlər də dövlət başçısının milli təhlükəsizlik orqanlarına göstərdiyi etimadın bariz təzahürüdür.

Sonra məktəblilərin ifasında Azərbaycana, Vətənə, igidliyə həsr olunmuş səhnəciklər nümayiş olunmuş, şeirlər və musiqi kompozisiyaları səsləndirilib. Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanlarının şərəfli həyat və döyüş yolunu əks etdirən sənədli film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti