...

Aİ sammitinin iştirakçıları Avropa ölkələrinin iqtisadi strategiyası üzrə ümumi yanaşma axtarır

Siyasət Materials 15 Mart 2013 05:09 (UTC +04:00)
Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin iştirakçıları Avropa ölkələrinin iqtisadi strategiyası üzrə ümumi yanaşma axtarır. Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, bunu AŞ-in sədri Herman Van Rompey söyləyib.
Aİ sammitinin iştirakçıları Avropa ölkələrinin iqtisadi strategiyası üzrə ümumi yanaşma axtarır

Azərbaycan, Bakı, 15 mart /Trend/

Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin iştirakçıları Avropa ölkələrinin iqtisadi strategiyası üzrə ümumi yanaşma axtarır. Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, bunu AŞ-in sədri Herman Van Rompey söyləyib.

"Strategiya, qrafik üzrə konsensus var və biz ağ-qara sxemli yanaşmalardan qaçmağın yollarını axtarmalıyıq" - Herman Van Rompey bildirib.

Onun sözlərinə görə, ədalətli tarazlıq tapılmalı, prioritetlər müəyyənləşdirilməli və düzgün seçim edilməlidir. Məhz, dövlət və hökumət başçılarının görüşü bu məsələlərin müzakirəsinə həsr edilib.

Məlumata görə, Herman Van Rompey "4 sütun" təklifini irəli sürüb: Avrozonanın sabitləşdirilməsi, dövlət maliyyələşməsinin büdcə vasitəsilə gücləndirilməsi, işsizliyə və sosial bərabərsizliyə qarşı mübarizə, Avropada rəqabətə davamlılığın təmin edilməsi.

Xəbər lenti

Xəbər lenti