...

Azərbaycan müxalifəti “səkkizlik” formatından imtina edib

Siyasət Materials 29 Mart 2013 12:20 (UTC +04:00)
Azərbaycan müxalifəti “Qarabağ” siyasi blokunun təşəbbüsü ilə təşkil edilən “səkkizlik” formatından imtina edib.
Azərbaycan müxalifəti “səkkizlik” formatından imtina edib

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan müxalifəti "Qarabağ" siyasi blokunun təşəbbüsü ilə təşkil edilən "səkkizlik" formatından imtina edib.

"Artıq biz bu "səkkizlik" ideyasından imtina etmişik, çünki dəfələrlə cəhd etdik, "səkkizliy"ə daxil olan partiyaların hər biri də açıq şəkildə movqelərini ortaya qoyub və ona görədə bu ideya artıq gündəmdən çıxıb", - bu barədə Trend-ə "Qarabağ" blokunda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

"Səkkizlik" formatından imtina edilməsinin səbəblərinə gəlincə isə Cəlaloğlu bu barədə konkret ad çəkmək istəmədiyini bildirdi.

"Mən ad çəkmək istəmirəm, çünki heç bir mənası yoxdur. Mətbuatda hamı öz mövqeyini çox açıq şəkildə qoyub. Bu məsələ qapanmış bir məsələdir və artıq bu haqda danışmaq istəmirəm", - Cəlaloğlu deyib.

"Səkkizlik" formatında iştirak edən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə də Trend-ə bildirib ki, bu gün artıq "səkkizlik" formatı öz aktuallığını birbaşa itirib.

Qeyd edək ki, bir müddət öncə "səkkizlik" formatı çərçivəsində ADP sədri Sərdar Cəlaloğlu, KXCP sədri Mirmahmud Mirəlioğlu, ALP sədri Əvəz Temirxan, VİP sədri, Əli Əliyev, AXCP sədri Əli Kərimli, Ümid partiyasının sədri İqbal Ağazadə, AMİP sədri Yusif Bağırzadə və Ziyalılar Forumunun təmsilçisi Rafiq Əliyev paytaxt restoranlarının birində görüş keçirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti