...

İran yeni raketləri sınaqdan keçirib

Siyasət Materials 13 Aprel 2013 10:43 (UTC +04:00)
İranın Silahlı Qüvvələrinin Quru Qoşunlar Komandirinin müavini Kiyumərs Heydəri deyir ki, İran üç növ yeni raket sınaqdan keçirib.
İran yeni raketləri sınaqdan keçirib

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir T.Cəfərov/

İranın Silahlı Qüvvələrinin Quru Qoşunlar Komandirinin müavini Kiyumərs Heydəri deyir ki, İran üç növ yeni raket sınaqdan keçirib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat verir.

Heydəri sınaqdan keçirilimiş yeni raketlərin adı və xüsusiyyətləri barədə açıqlama verməyib.

O deyib ki, bu raketlər Quru Qoşunların mart ayında keçirilən təlimlərində sınaqdan keçirilib.

Heydəri sınaq olunmuş raketlərin yerdən-yerə hədəfi vurma qabiliyyəti olduğunu deyib və bildirib ki, bu növ raketlər Naziat 10 və Fəcr raketlərindən tam fərqli raketlərdir.

Heydəri, həmçinin aprelin 18-də İran Silahlı Qüvvələri günündə yeni zirehli personal daşıma vasitəsilərinin təqdimatının keçiriləcəyini bildirib.

Qeyd edək ki, 18 aprel İranda Silahlı Qüvvələr Günüdür. İran Silahlı Qüvvələri Günü münasibətilə Tehranda hərbi parad keçiriləcək. Hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak edəcək. Parad İranın sabiq ali lideri ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti