...

Ermənistanda alternativ xidmətin müddəti azaldılıb

Siyasət Materials 2 May 2013 17:00 (UTC +04:00)
Bu gün Ermənistan Milli Yığıncağı ikinci və sonuncu oxunuşda "Alternativ xidmət haqqında" qanuna dəyişiklikləri qəbul edib.
Ermənistanda alternativ xidmətin müddəti azaldılıb

Azərbaycan, Bakı, 2 may /Trend/

Bu gün Ermənistan Milli Yığıncağı ikinci və sonuncu oxunuşda "Alternativ xidmət haqqında" qanuna dəyişiklikləri qəbul edib. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, qanun orduda alternativ xidmətin müddətinin 35 aydan 30 aya azaldılmasını nəzərdə tutur.

Qanun layihəsi, həmçinin xüsusi respublika çağırış komissiyasının formalaşdırılmasını nəzərdə tutur. Komissiyanın heyətinə icra hakimiyyətinin müxtəlif orqanlarının nümayəndələri daxil ediləcək.

Komissiya çağırışçıların alternativ və ya hərbi xidmətə uyğun olmalarını müəyyənləşdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti