...

ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanın siyasi partiya rəhbərləri ilə görüşüb

Siyasət Materials 7 May 2013 15:18 (UTC +04:00)
ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suares Azərbaycanın bir sıra siyasi partiya rəhbərləri ilə görüşüb.
ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanın siyasi partiya rəhbərləri ilə görüşüb

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suares Azərbaycanın bir sıra siyasi partiya rəhbərləri ilə görüşüb.

Görüşdə iştirak edən Ümid Partiyasının sədri İqbal Ağazadə Trend-ə bildirib ki, görüşdə Azərbaycanda seçki mühiti, siyasi proseslər və siyasi partiyaların baxışları müzakirə olunub.

Qeyd edək ki, görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti